İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən "Maydan 3" planı ilə bağlı ŞOK AÇIQLAMA

"Rusiya Ukrayna cəmiyyətində parçalanma yaratmağa çalışır".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Zelenski "Bloomberg"ə verdiyi müsahibədə "Əlimizidə bununla bağlı kəşfiyyat məlumatları və tərəfdaşlarımızdan gələn məlumatlar var" sözlərini işlədib.

Onun sözlərinə görə, Rusiyanın yeni dezinformasiya planının kod adı "Maydan 3"dür.

Qeyd edək ki, məhz "Maydan" hərəkatı rusiyayönlü eks-prezident Viktor Yanukoviçin devrilməsində həlledici rol oynayıb.

"Maydan onlar üçün çevrilişdir, ona görə də əməliyyatın məqsədi aydındır", - Zelenski deyib.

Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan imtina edən Zelenski Ukraynanın dondurulmuş münaqişə ilə razılaşmayacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR