İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən İstanbul danışıqları barədə AÇIQLAMA

 

Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə İstanbul danışıqlarının baş tutmamasının səbəblərindən danışıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Zelenski bunun 2022-ci ilin yazında Kiyevin geri çəkilmək istəməməsi ilə bağlı olduğunu bildirib.

“Dedilər ki, mən geri çəkilirəm və onlar məni rusiyapərəst Viktor Medvedçuk ilə əvəz edirlər və artıq prezident deyiləm”.

Zelenski əlavə edib ki, İstanbulda danışıqlardan imtina etməsi Rusiyanın Ukraynanın neytral statusu və ölkədə rus dili məsələsi ilə bağlı mövqeyini qəbul etmək istəməməsi ilə bağlı olub. Siyasətçi qərarını 2019-cu ildə keçiriləcək prezident seçkilərində ukraynalıların iradəsi ilə əsaslandırıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Zelenski İstanbul razılaşmalarının mövcudluğunu qəbul etmədiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna münaqişənin həlli ilə bağlı heç bir saziş imzalamayıb.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR