İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Yaponiyanın Baş naziri ilə görüşüb


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.

Bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında yazıb.

“Beynəlxalq nizamın həqiqətən güclü müdafiəçisi və Ukraynanın çoxdankı dostu olan Yaponiyanın Baş naziri Fumio Kişidanı Kiyevdə salamlamaqdan şadam”, - Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Kişida Ukraynaya məhz BMT nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması üçün qlobal liderliyin aktivləşdirilməsinin vacib olduğu vaxtda gəlib.

Kişida artıq Buçada olub və Rusiya hərbçilərinin burada törətdikləri müharibə cinayətlərinin fəsadlarını görüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR