İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Şolts arasında telefon danışığı oldu

Almaniya Kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Musavat.com "Qafqazinfo"a istinadən xəbər verir ki, Baş nazirlikdən verilən yazılı açıqlamada Şoltsun Zelenski ilə Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyət, eləcə də yenidənqurma da daxil olmaqla dəstək imkanları barədə fikir mübadiləsi apardığı bildirilib.

Danışıq zamanı Şoltsun ölkəsinin Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyi vurğulanıb.

Bildirilib ki, Şolts və Zelenski Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi və mühafizəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatının əhəmiyyəti və tövsiyə olunan tədbirlərlə bağlı razılığa gəliblər.

 

 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR