Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi 76 milyarder, onun Respublikaçı rəqibi Donald Trampı isə 49 milyarder dəstəkləyir.
Bu barədə Forbes yazır.
“Bizim məlumatlara görə, 76 amerikalı milyarder Harrisi, 49-u isə Trampı dəstəkləyir. Demokratı dəstəkləyən milyarderlərin marağı qəribə görünə bilər, çünki o, tez-tez respublikaçını super varlıların xeyrinə siyasət yaratdığına görə tənqid edir. Lakin onlar ona tərəfini tuturlar və Harrisin ədalətli və proqnozlaşdırıla bilən siyasəti təbliğ etməyə davam edəcəyinə əmindirlər" - Forbes qeyd edir.
Materialın müəllifləri qeyd ediblər ki, bir çox başqa milyarderlər də namizədə maliyyə dəstəyi verə bilər. Lakin onların ianələri yalnız noyabrın 5-də keçiriləcək seçkilərdən sonra, ABŞ Federal Seçki Komissiyasının yekun hesabatlarının dekabrda dərc ediləcəyi vaxt məlum olacaq.//APA
ŞƏRHLƏRŞƏRH YAZ