Onlayn ictimai-siyasi qəzet
Gənc bəstəkar-müğənni Elçin Məhərrəmov "Həmin Zaur" verlişində aparıcının valideyinləri ilə bağlı sualları qarşısında çıxılmaz vəziyyətə düşüb.
Musavat.com titul.az-a istinadən xəbər verir ki, danışmaq istəməsə də gənc ifaçı kiçik yaşlarında hər iki valideyinini itirdiyini deyib.
O, efirdən sonra öz aralarında bu mövzunu danışmaq təklidi etsə də, Zaurun suallarından yayına bilməyəcəyini görüncə hər şeyi etiraf edib:
"Anamı itirəndə 16 yaşım var idi. Atamı isə daha erkən yaşlarımda itirmişəm. Hər ikisi ağır xəstəlikdən dünyasın dəyişib. Mənə bu günə kimi ana nənəm baxır".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ