Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı və analitik Ceyk Sotiriadis hesab edir ki, Qərbin Ermənistanla bağlı hərtərəfli strategiyası yoxdur.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ Dövlət Departamentinə Cənubi Qafqaz üzrə məsləhətlər verir və Xarici Xidmət İnstitutunda təlim materiallarının hazırlanmasına cavabdehdir.
Sotiriadis bildirib ki, Ermənistan kiçik və həssas bir ölkə olaraq, təhlükəsizlik təminatı axtarır, lakin Qərbin ona kömək edəcək kompleks strategiyası yoxdur. "Viza rejiminin liberallaşdırılması və Avropa İttifaqına geniş çıxış vədləri hələ reallaşmayıb. Qərb Ermənistana vədlər verir, lakin nəzərəçarpacaq nəticələr təmin edə bilməyib. Bu, Qərbin Balkanlardakı siyasətinə bənzəyir. Regiona çoxlu vədlər verilib, lakin tez-tez qapıda gözlədilib".
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ