İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Aİ-yə üzvlük danışıqları bu məsələyə görə ÇƏTİNLƏŞİR

Bloomberg-in məlumatına görə, Ukraynanın Avropa İttifaqına sürətli üzvlük prosesi Volin qırğını ilə bağlı müzakirələr səbəbindən çətinləşib.

Musavat.com-un məlumatına görə, agentlik bildirir ki, prezident Volodimir Zelenski sentyabr ayında Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşdən sonra "qəzəblənib".

Görüş zamanı Sikorski Varşavanın Volin qırğını qurbanlarının qalıqlarının ekshumasiyası tələblərini irəli sürərək Ukraynanın Aİ-yə üzvlük danışıqlarına təsir edəcəyini açıq şəkildə göstərib.

Qeyd edək ki, Volin qırğını İkinci Dünya müharibəsi zamanı ukraynanılar tərəfindən polyaklara qarşı törədilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR