İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan SƏRT BƏYANAT- "Qırmızı xətt" yoxdur

İranın maraqlarını müdafiə etməkdə "qırmızı xətləri" yoxdur.

Musavat.com xarici KİV-Ə istinadən bildirir ki, bunu İran XİN rəhbəri Abbas Arakçi deyib.

İranın Xarici işlər naziri bildirib ki, İran öz maraqlarını müdafiə etməkdə heç bir "qırmızı xətt" tanımır.

O qeyd edib ki, ABŞ İsrailə rekord miqdarda silah göndərib və indi amerikalı əsgərləri İsrailə göndərərək raket sistemlərini idarə etmək üçün çalışır:

"Biz son günlərdə bölgəmizdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün böyük səylər göstərmişik və açıq şəkildə bəyan edirəm ki, xalqımızı və maraqlarımızı qorumaq məsələsində heç bir qırmızı xəttimiz yoxdur", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR