İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan seçkilərində üç mümkün ssenari: qan da görünür...

 “Financial Times”  oktyabrın 26-da qonşu  ölkədə keçiriləcək parlament seçkiləri öncəsi ölkədəki siyasi vəziyyət və mümkün ssenarilər barədə nələr yazıb?

Gürcüstanda 12 sonra keçiriləcək parlament seçkiləri bu ölkə tarixində ən kritik seçkilər hesab edilir.  Musavat.com xəbər verir ki, “Financial Times”  oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi ölkədəki siyasi vəziyyət və mümkün ssenarilər barədə yazıb. 

 Britaniya nəşri yazır ki, parlament seçkiləri ölkə üçün 1991-ci ildən bəri ən mühüm seçki olacaq: “Hakim partiyanın Rusiyaya açıq rəğbət bəslədiyi və antidemokratik davranışlardan çəkinmədiyi ölkədə azad və ədalətli rəqabət gözləyənlər azdır. Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzi üçün şərhində Markus Qreyş  müstəqillik əldə etdikdən sonra Gürcüstanı üç problem olduğunu deyib. Birinci problem dərin siyasi və sosial uçurumdur. İkincisi, bütün Gürcüstan hökumətlərinin gec-tez avtoritarizmə meyllənməsidir. Belə ki, 1991-ci ildən bəri bütün hökumətlər gec-tez korrupsiya və avtokratiyaya meyllənib. Bu, Gürcüstanın ilk  qeyri-kommunist prezidenti Zviad Qamsaxurdiyaya da, bir vaxtlar Qərbdə SSRİ-nin uzaqgörən xarici işlər naziri kimi hörmət edilən Eduard Şevardnadze hakimiyyətində də,  “islahatçı diktator” Mixail Saakaşvili dövründə də, indi isə İvanişvili idarəçiliyində də təkrarlanıb.

gurcu 2.png (660 KB)

Üçüncüsü, xalqın paradoksal olaraq həm Avropa İttifaqına üzvlüyü, həm  “Gürcü Arzusu”nu eyni zamanda dəstəkləməsidir. Bu, Qərb liderlərini məyus edir və gürcülərin Aİ üzvlüyünün nə ilə nəticələnəcəyini yaxşı başa düşüb-düşməməsinə şübhə yaradır”.

Nəşr yazır ki, Saakaşvili dövrünün irsi Gürcüstanın dörd əsas müxalifət partiyası üçün ciddi problemdir. Bu barədə isə politoloq Bidzina Lebanidze danışıb: “ Saakaşvili hakimiyyəti dövründə onun partiyası onlara səs verməkdən imtina edən kritik elektorat kütləsini özündən uzaqlaşdırıb. Müxalifətin parçalanma ilə yanaşı, kimlik və özünüdərk problemi də var. Seçicilər üçün kiçik partiyalardan hansının hansı alyansın üzvü olduğunu və seçicilərə nə vəd etdiyini anlamaq belə çətindir”.

İvanişvili növbəti dəfə siyasətdən gedib - 11.01.2021, Sputnik Azərbaycan

“FT” yazır ki,  Gürcüstanda seçkilərlə bağlı ictimai rəy sorğularına ehtiyatla yanaşmaq lazımdır. Bununla belə, müstəqil ekspertlərdən birinin fikrincə, “Gürcü  Arzusu”  40%-dən çox səs toplamaq iddiasındadır.  Lakin fakt budur ki, proporsional seçki sistemi ilə “Gürcü  Arzusu” hətta 37-38 faiz səslə də parlamentdəki yerlərin yarısından bir qədər çoxunu ala bilər. “Əgər bir və ya bir neçə müxalifət partiyası beş faizlik baryeri keçməsə, bu, hakim partiya çox faydalı olar”.

Gürcüstanın keçmiş səfiri və milli təhlükəsizlik üzrə mütəxəssis Şota Guineria nəşrə deyib: “Rejim  əfv, həbsdən vaxtından əvvəl azad edilmə və cərimələrin bağışlanması kimi imtiyazlar təklif etməklə seçicilərə təsir etmək üçün sistemli şəkildə dövlət resurslarından istifadə edib”.

Bəs, Britaniya nəşri Qərbin Gürcüstanda inqilab ssenarisi hazırladığı idiaları haqda nə yazır.  Nəşrə görə, seçkilərdən sonra üç mümkün  ssenari mümkündür.

“Polşa ssenarisi ən az ehtimaldır. Bir il əvvəl bu ölkədə keçirilən parlament seçkilərində mühafizəkarların və millətçilərin qeyri-liberal hökuməti Donald Tuskun rəhbərlik etdiyi müxalifətə məğlub olmuşdu. Bəzi çətinliklərə baxmayaraq, Tusk və müttəfiqləri ölkədə qarışıqlığa imkan vermədilər. Gürcüstanda belə nəticə çətin görünür. Hakim partiya öz mövqeyindən əl çəkmək fikrində deyil, o, dövlət hakimiyyətinin demək olar ki, bütün rıçaqlarını öz əlində cəmləyib və nəticələrə təsir etmək üçün bütün imkanlara malikdir.

Gürcüstanda Belarus ssenarisinin təkrarlanmaq ehtimalı da  var. 2020-ci ildə Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəldiyini bəyan etməsindən sonra kütləvi etirazlar başladı. Lakin Lukaşenko rejimi etirazları xüsusi çətinlik və qan tökmədən  yatıra bildi. 

Üçüncü variant serb ssenarisidir.  Prezident Aleksandar Vucic və onun hakim partiyası Serbiyada keçirilən seçkilərdə müntəzəm olaraq qalib gəlir. Onları tamamilə azad və ədalətli adlandırmaq olmaz, lakin Qərb hər zaman  yalnız Vuçiçi danlamaqla kifayətlənir, çünki əsas məqsədi Serbiya ilə işgüzar münasibətləri saxlamaqdır.

gurcu 1.png (1005 KB)

Nəhayət, qeyri-sabitlik və ya zorakılıq riski. Əgər “Gürcü  Arzusu” seçkilərdə aşkar saxtakarlıqla qalib gəlsə və ya uduzacağı halda məğlubiyyətini etiraf etməkdən boyun qaçırarsa, hakimiyyətə qarşı küçə etirazları mümkündür.  2003-cü ildə korrupsiya və saxta seçkilərlə bağlı ictimai qəzəb o vaxtkı prezident Şevardnadzeni devirən nümayişlərə səbəb oldu. Şevardnadze istefa verməklə  “Qızılgül inqilabı”nın əsasən dinc şəraitdə öz məqsədinə çatmasını təmin etdi. Oktyabrın 26-dan sonra da eyni şey ola bilərmi?  Temperament və motivasiya baxımından İvanişvili Şevardnadzedən çox fərqlənir. O, Rusiyada var-dövlət qazanmış milyarderdir və Kreml onu açıq şəkildə dəstəkləyir. Seçkinin mübahisəli nəticəsi olduğu halda, ABŞ və Avropa hökumətləri 2014-cü ildə Ukraynada “Maydan”  hərəkatı zamanı olduğu kimi, vasitəçilik rolunu oynamaq üçün müdaxilə edə bilər”-nəşr yazır. 

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR