İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynanın Mərakeş və Gürcüstandakı səfirlərinə: “Başqa iş axtarın”

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Mərakeş və Gürcüstandakı səfirlərinin geri çağırılması haqqında fərman imzalayıb.

O, diplomatlara başqa iş axtarmağı tövsiyə edib.

“Dövlətin müdafiəsi üçün hamı ilə birgə çalışanlar da var, vaxtlarını boş yerə sərf edənlər də var ki, yalnız vəzifədə qalmaq üçün çalışırlar. Silah olmayacaq, sanksiyalar olmayacaq, Rusiya biznesi üçün heç bir məhdudiyyət olmayacaqsa başqa iş axtarın”, - deyə Ukrayna lideri videomüraciətində bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR