İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukrayna Rusiyanın Sumı planını pozdu

Musavat.com xəbər verir ki,  Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Ordusunun Sumı istiqamətində planlaşdırdığı hücum üçün qüvvə toplaya bilmədiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atdığı addımlar nəticəsində rus hərbçiləri hücum üçün nəzərdə tutulan "yumruq" formalaşdıra bilməyiblər.

"Hazırda Kursk istiqamətində 67 mindən çox rusiyalı hərbçi yerləşdirilib. Onlar bu qüvvəni Sumı istiqamətində hücum üçün cəmləşdirirdilər. Biz onların planlarını dəyişmək məcburiyyətində qoyduq. Kursk vilayətində – Belqorod istiqaməti ilə sərhəddə olan hissədə atılan addımlar rusların gücünü parçaladı və onların istədikləri formada hücum qrupu yaratmasına imkan vermədi", – deyə Zelenski jurnalistlərlə görüşündə bildirib.

Ukrayna tərəfinin müdafiə tədbirləri nəticəsində Rusiya ordusunun növbəti genişmiqyaslı hücumunun qarşısının alındığı bildirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR