Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Ukraynada sülh prosesinin tənzimlənməsini müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Andrey Sibiqa X platformasında paylaşım edib.
"Volodimir Zelenski və Emmanuel Makron təkbətək görüşərək gələcək sülh təşəbbüslərini müzakirə ediblər", - deyə o, görüşün fotosunu paylaşaraq bildirib.
Diplomat əlavə təfərrüat təqdim etməyib.
Xatırladaq ki, Trampla söhbətdən sonra Zelenski ona görüş üçün özünün Telegram kanalında təşəkkür edib.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ