Onlayn ictimai-siyasi qəzet
Ukrayna ilə ABŞ arasında yaranmış gərginliyi azaltmaq üçün Avropanın aparıcı dövlətləri devrəyə girib.
Musavat.com xəbər verir ki, "Politico" nəşri sensasion məlumat yayıb. Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampa ünvanladığı məktubun mətni Fransanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanıb.
Fransa, Böyük Britaniya və Almaniyadan olan diplomatlar bir neçə həftə ərzində Vaşinqton-Kiyev münasibətlərində yaranmış gərginliyi yumşaltmaq üçün intensiv şəkildə işləyiblər. Məqsəd Tramp və Zelenski arasında pozulmuş əlaqələri bərpa etmək olub.
Məqalədə qeyd olunur ki, bu proses diplomatik kulislərdə aparılıb və məktubun tonu, ifadə tərzi, hətta detallarına qədər müzakirə olunaraq formalaşdırılıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ