İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Tramp ilə mübahisəsi haqqında danışdı: “Pis bir şey...” - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Fox News-a verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp ilə Ağ evdə baş verən gərginlik barədə danışıb.

Musavat.com xəbər verir ki, o, Trampa və Amerika xalqına təşəkkür etsə də, mübahisə zamanı hörmətsizlik etdiyini düşünmədiyini bildirib.

Zelenski müsahibəyə ABŞ-a təşəkkür edərək başlayıb:

“Mən amerikalılara, prezident Trampa və Konqresin iki tərəfli dəstəyinə minnətdaram. Siz çox şey etdiniz!”

Lakin jurnalistin Trampın onu Ağ evdə hörmətsizlik göstərməkdə ittiham etməsi və bunun üçün üzr istəməli olub-olmadığı ilə bağlı sualına Zelenski birbaşa cavab verməkdən yayınıb. O, yenidən Amerikanın dəstəyini vurğulayaraq bildirib:

“Mən sizə və Trampa minnətdaram. Siz bizə çox kömək etdiniz.”

Jurnalist Zelenskidən bir daha konkret cavab almağa çalışıb, lakin Ukrayna lideri yalnız ümumi sözlərlə kifayətlənib:

“Mən prezidentə və amerikalılara hörmət edirəm. Düşünürəm ki, açıq və dürüst olmalıyıq. Pis bir şey etdiyimizi düşünmürəm.”

Bununla yanaşı, o əlavə edib ki, bəzi müzakirələri mediadan kənarda aparmaq daha məqsədəuyğun olardı. 

Zelenski həmçinin Tramp ilə Ağ evdə baş verən mübahisəni qısaca şərh edərək, bunun nə ABŞ, nə də Ukrayna üçün yaxşı nəticə vermədiyini etiraf edib:

“Mən çox açıq bir insanam. Amma ukraynalıların Rusiyaya münasibətini dəyişdirə bilmərəm. Onlar bizim üçün qatil hesab olunur.”

Zelenskinin bu müsahibəsi Ağ ev görüşündən sonra onun mövqeyini müdafiə etməyə çalışdığını göstərsə də, ABŞ-Ukrayna münasibətlərində yaranan gərginliyi tam aradan qaldırmayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR