Onlayn ictimai-siyasi qəzet
Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı hələ konkret qərar verməyib.
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu planın detallarını müzakirə etmək üçün hazır deyillər, lakin ölkələr arasında hava və dəniz məkanının qorunması, habelə qoşun və texnika koordinasiyası məsələləri gündəmə gələcək.
Zelenski əlavə edib ki, tərəfdaşlarla Ukrayna ordusunun əsas hərbi qüvvə kimi rolu və ordunun silahlanması səviyyəsi üzrə ümumi anlayış mövcuddur.
O qeyd edib ki, müharibədən sonra bu proses əsasən “təkrar silahlanma” olacaq, çünki əlavə silah və texnologiyaya ehtiyac yaranacaq.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ