İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiyanın son hərbi itkilərini açıqlayıb

"Bu gün (oktyabrın 30-da - red.) Rusiyanın zərbə helikopteri, həmçinin hərbi təyyarəsi - "Su-25" vurulub".

Musavat.com UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

Dövlət başçısı Ali Baş Komandanın Qərargahının iclasını keçirdiyini də açıqlayıb: “Rusiya hərbçilərinin planlarını müzakirə etdik”.

QQeyd edək ki, Rusiyanın digər döyüş itkiləri 2338 tank, 4932 zirehli maşın, 1391 artilleriya sistemi, 333 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 225 helikopter, 1003 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3768 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR