İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər ilk dəfə yatan iki insanın şüurları arasında əlaqə qura biliblər

Alimlər ilk dəfə yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” “REMspace” şirkətinə istinadən yazıb.

“REMspace” – yuxu keyfiyyətini yaxşılaşdırmaq və şüurlu yuxugörmə texnologiyaları hazırlayan Kaliforniya startapıdır.

Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıq vasitəsilə evin müxtəlif künclərində yatan iki insanın şüurunu əlaqələndirə və onlar arasında ismarış mübadiləsi edə biliblər.

“REMspace”in baş direktoru və təsisçisi Maykl Raduqa bildirib ki, əvvəllər yuxuda ünsiyyət elmi fantastika kimi görünsə də, sabah adi bir şey ola bilər.

Eksperiment iştirakçılarının beyin dalğaları məsafədən serverə məlumat ötürən cihaz vasitəsilə izlənilirdi. Təcrübə iştirakçılarından biri şüurlu yuxuya daxil olan kimi server təsadüfi söz yaradır və onu qulaqlıq vasitəsilə tədqiqat iştirakçısına ötürürdü. İkinci iştirakçı oyandıqda sözü təkrarlaya bilirdi.

Eyni zamanda, “REMspace” bu eksperimenti başqa bir cütlüklə də təkrarlaya bilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR