Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Barselona" klubunun “Kamp Nou” stadionunun tikintisində çalışan fəhlələr arasında dava düşüb.
"Report" "Cadena COPE"yə istinadən xəbər verir ki, hadisə Rumıniya və Albaniyadan olan işçi qrupları arasında baş verib.
20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulublar.
Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatacağı gözlənilir.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ