Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq reytinq agentliyi “Moody's” Belçika üzrə proqnozu “stabil”dən “mənfi”yə dəyişərək reytinqini “Aa3” səviyyəsində təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Moody's”in bəyanatında deyilir.
“Proqnozun “stabil”dən “mənfi”yə dəyişdirilməsi qərarı növbəti hökumətin dövlətin borc yükünü sabitləşdirəcək tədbirləri həyata keçirə bilməməsi riskini əks etdirir”, – “Moody's”in bəyanatında bildirilir.
Baş nazir Aleksander De Kroo başda olmaqla Belçika hökuməti iyunun 9-da baş nazirin “Open VLD” partiyasının parlament seçkilərində məğlubiyyətindən sonra istefa verib. De Kroo Belçikada koalisiya hökumətinin formalaşması prosesi gedən müddətdə kabinetin başçısı olaraq qalır. Bütün bu müddət ərzində istefa vermiş kabinet öz vəzifələrini yerinə yetirməyə davam edir.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ