İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiya ilə münasibətlərə yenidən nəzər salmaq niyyətindədir

NATO-nun müdafiə nazirləri gələn həftə Rusiyaya qarşı uzunmüddətli siyasətləri nəzərdən keçirməyə başlayacaqlar.

"İştirakçı ölkələr alyans çərçivəsində debatlar keçirmək və Rusiya-NATO təsis aktını müzakirə etmək niyyətindədirlər. Müttəfiqlərin konkret mövqelərini nəzərə alaraq yeni strategiya hazırlamağın vaxtı çatıb", - nəşr ABŞ hökumətinin yüksəkvəzifəli rəsmisindən sitat gətirir.

Məmur aydınlaşdırıb ki, gələcək strategiya layihəsi hələ hazırlanmayıb və təklif olunan dəyişikliklərin hərbi nəticələri məhdud xarakter daşıyacaq.

Həmçinin KİV-in məlumatına görə, bəzi NATO üzvləri həddindən artıq aqressiv yeni strategiyanın Rusiyaya sabitliyi pozan siqnal göndərə biləcəyindən narahatdırlar.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR