İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Hər yeni zərbə ilə Rusiya bütün dünyaya orta barmağını göstərir”

Ukrayna liderindən sərt bəyanat: “Putin özünü cəzasız hiss edir, dünya isə cavab vermir”

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ardıcıl hərbi hücumlarına və Qərbin reaksiyasızlığına sərt münasibət bildirib. O, bu günlərdə verdiyi çıxışında deyib:

“Hər yeni zərbə ilə, hər yeni diplomatik təxirəsalma ilə Rusiya bütün dünyaya orta barmağını göstərir. Bütün o dairələrə ki, Rusiyaya təzyiqi artırmaq istəmir. Halbuki sülhü axtarmalı olan tərəf Rusiyadır. Elə Moskva başa düşməlidir ki, bu müharibənin bir bədəli var — ən ağır bədəl və o da məhz təcavüzkar üçün.”

Zelenski qeyd edib ki, təkcə bu ilin əvvəlindən etibarən Rusiya ordusu Ukraynaya qarşı təxminən 27 700 hava bombası, 11 200 “Şahed” tipli kamikadze dron, 9 000 digər tipli zərbə PUA-ları və 700-dən çox raket, o cümlədən ballistik raketlər atıb.

Ukrayna lideri əlavə edib ki, indiyədək dünyanın müxtəlif səviyyələrində Rusiya ilə çoxsaylı danışıqlar aparılıb, lakin bu müzakirələr nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına gətirib çıxarmayıb:

“Təəssüf ki, Putin özünü cəzasız hiss edir. Bütün bu dəhşətli hücumlardan sonra belə, o, guya yeni “cavablar” hazırlayır. Əgər dünyanın güclü dövlətləri Putini dayandırmırsa, deməli onlar bu cinayətlərdə onunla bərabər məsuliyyət daşıyırlar. Əgər onu dayandırmaq istəyirlər, amma bacarmırlarsa, o zaman Putin onları artıq güclü hesab etməyəcək.”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR