İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin əmr verdi – xarici KİV-lər Ukrayna ordusunun mühasirə zonasına buraxılacaq


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, prezident Vladimir Putin xarici media nümayəndələrinin Pokrovsk (Krasnoarmeysk), Dmıtrovo və Kupyansk istiqamətlərindəki mühasirə bölgələrinə maneəsiz girişini təmin etməyi tapşırıb.

Əmrə əsasən, jurnalistlərin hərəkətinə və məlumat toplamasına şərait yaradılacaq.

Musavat.com xəbər verir ki, Rusiya tərəfi bu addımı “şəffaflıq və obyektiv məlumatlandırma məqsədilə” əsaslandırır.

Ekspertlər bu qərarı Kreml tərəfindən döyüş zonasında informasiya nəzarətini gücləndirmə və beynəlxalq mediaya nəzarətli çıxış imkanı yaratma addımı kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR