Onlayn ictimai-siyasi qəzet
Arxiyepiskop Arşak Xaçatryana aid olan videoyazıların yayılması ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 204-cü maddəsinin 3-cü hissəsinin 2-ci bəndi ilə cinayət işi açılıb.
Musavat.com bildirir ki, bu barədə Ermənistan mediasına İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Yada salaq ki, bu yaxınlarda internetdə arxiyepiskop Arşak Xaçatryanın şəxsi həyatı ilə bağlı gizli şəkildə lentə alındığı iddia edilən videomateriallar yayılıb. Söhbət Arşakın xalası ilə intim əlaqədə olduğunu əks etdirən kadrlardan gedir.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ