Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə sabiq Baş nazir Novruz Məmmədovun Ramiz Mehdiyev barədə çəkilmiş arxiv çıxışı yayılıb. Həmin videoda Novruz Məmmədov tam 8 dəqiqə ərzində sabiq Prezident Administrasiyası rəhbərini tərifləyir, onun fəaliyyətini “böyük məktəb” adlandırır və az qala Ramiz Mehdiyevə “peyğəmbər sifəti” yaraşdırır.
Videonun indi – Ramiz Mehdiyevin dövlət çevrilişi cəhdi və dövlətə xəyanət ittihamları ilə araşdırıldığı bir vaxtda yayılması təsadüfi hesab edilmir. Hazırda sabiq PA rəhbəri ətrafında geniş miqyaslı təftiş prosesi aparılır. Onunla yaxın əlaqədə olmuş şəxslərin adları çəkilir, keçmişdə səsləndirilən fikirlər və arxiv materialları yenidən gündəmə gətirilir.
Mənbələr bildirirlər ki, bu kontekstdə Novruz Məmmədovun da adı araşdırılan şəxslər sırasında çəkilə bilər. İddialara görə, Ramiz Mehdiyevin planlaşdırdığı “dövlət şurası” adlı aralıq siyasi struktura Novruz Məmmədovun da daxil edilməsi nəzərdə tutulub.
Novruz Məmmədov uzun illər Ramiz Mehdiyevin ən yaxın ətrafında olan, onunla siyasi baxımdan eyni cəbhədə dayanan fiqurlardan biri kimi tanınıb. Hətta Mehdiyevin dövlət idarəçiliyindəki “boz kardinal” rolunu açıq şəkildə müdafiə edən nadir siyasətçilərdən biri də məhz o olub.
Ekspertlər hesab edirlər ki, hazırkı şəraitdə bu videonun üzə çıxması Novruz Məmmədov üçün xoş nəticə verməyə bilər. Çünki bu görüntülər Mehdiyevin “siyasi şəbəkəsinin” miqyasını göstərir və yeni istintaq mərhələsində əhəmiyyətli sübut materialı kimi dəyərləndirilə bilər.
Musavat.com həmin videonu təqdim edir.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ