Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kamçatka ictimai fəalı Aleksey Petrova qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi başladıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kamçatka jizn” saytı məlumat yayıb. Onun dövlətə xəyanət maddəsi üzrə nədə ittiham olunduğu hələlik açıqlanmır.
Fəal artıq 2025-ci ilin yanvarından istintaq təcridxanasındadır – o, terrorizmi haqq qazandırmaqda ittiham olunaraq həbs edilib. Səbəb, onun 2020-ci ildə yazdığı bir internet şərhidir. Həmin şərhdə Petrov “Kreml Kaşşeyinə vaksin vurun, bəlkə virus onu aparar” ifadəsini işlədib. İstintaq bu cümləni “Rusiya prezidentinin həyatına qəsd çağırışı” kimi qiymətləndirib.
2025-ci il yanvarın 20-də Rosfinmonitorinq Petrovu “terrorçular və ekstremistlər” reyestrinə daxil edib. İnsan haqları təşkilatı “Memorial” isə onu siyasi məhbus kimi tanıyıb.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ