Onlayn ictimai-siyasi qəzet
Ermənistanda yeni hökumət məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı layihəni təsdiqləyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Müdafiə nazirinin müavini Arman Sarqsyan bildirib ki, sıravi heyət üçün məcburi hərbi xidmətin müddətini 24 ay deyil, 18 ay müəyyən etmək məqsədəuyğun hesab edilib. Qərar 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmətə çağırılacaq vətəndaşlara şamil olunacaq.
“2025-ci il qış çağırışı ilə bağlı hökumət qərarı layihəsinə əsasən, qış çağırışı çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi prosesi əsasən 2026-cı il yanvarın 7-dən başlanacaq. Nəticədə, 2025-ci il qış çağırışı çərçivəsində məcburi hərbi xidmətə çağırılacaq vətəndaşlar 18 ay xidmət keçəcəklər”, — deyə Sarqsyan qeyd edib.
O, əlavə edib ki, xidmət müddətinin azaldılması 2025-ci il yanvarın 1-nə qədər artıq hərbi xidmətdə olan vətəndaşlara şamil edilməyəcək.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ