Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Pentaqona “digər ölkələrin apardığı sınaq proqramları ilə əlaqədar olaraq” dərhal Amerika nüvə silahının sınaqlarına başlamaq göstərişi verdikdən sonra Kreml Putinin bəyanatlarını izah etməyə məcbur qalıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlinə yaxın mediaya açıqlamasında bildirib ki, “Burevestnik” qanadlı raketinin sınaqları nüvə xarakterli olmayıb. Onun sözlərinə görə, aparılan sınaqlar “Rusiyanın müdafiə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır.”
Peskov əlavə edib:
“Prezident Putinin dəfələrlə dediyi kimi, əgər kimsə moratoriumdan geri çəkilərsə, Rusiya da vəziyyətə uyğun addımlar atacaq.”
O, həmçinin qeyd edib ki, ABŞ hələlik Rusiyanı nüvə sınaqları keçirmə niyyəti barədə rəsmi şəkildə məlumatlandırmayıb.
Xatırladaq ki, oktyabrın 29-da Vladimir Putin “Poseydon” adlı dəniz torpedasının atom qurğusu ilə sınaqdan uğurla keçirildiyini elan edib. Bundan əvvəl isə o, “Burevestnik” qanadlı raketinin nüvə enerji qurğusu ilə uğurlu sınaqdan keçdiyini bildirmişdi.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ