İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Almaniyaya sərt ittiham – Qəzzaya zərbələri görmürsünüzmü?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanı İsrailin Qəzzaya hücumlarına susqun qalmaqda günahlandırıb.

Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında çıxış edən Ərdoğan bildirib:

“HƏMAS-ın nə bombası, nə də nüvə silahı var. Bütün bu silahlar İsrailin əlindədir və o, onlardan Qəzzada istifadə edir. Almaniyada bunları görmürsünüzmü? Hadisələri izləmirsinizmi?”

Ərdoğanın bu bəyanatı Türkiyə ilə Almaniya arasında Qəzza münaqişəsinə dair fikir ayrılıqlarını bir daha gündəmə gətirib və Ankaranın Qərbə yönəlmiş sərt ritorikasının davamı kimi dəyərləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR