Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Dnepropetrovsk vilayətindəki Quru Qoşunlarının təlim mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində hərbçilərin həlak olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Prezidentin sözlərinə görə, bu, Ukraynanın insan itkisi verdiyi ilk belə hücum deyil.
"Əfsuslar olsun ki, hərbçilərimiz həyatını itirib. Hər bir həyat bizim üçün dəyərlidir. Hər bir həyatı qorumalıyıq. Həlak olanların ailələrinə başsağlığı verirəm", – deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, İstanbulda keçirilən danışıqlardan qayıtdıqdan sonra müdafiə naziri Rüstəm Umerov, həmçinin yüksək rütbəli hərbi rəhbərlərlə – Mixail Drapatıy, Andrey Qnatov və Aleksandr Sırski ilə müşavirə keçirəcək. O, hadisənin detallı şəkildə araşdırılacağını da vurğulayıb.
Xatırladaq ki, Quru Qoşunlarının komandanı Mixail Drapatıy hücumdan sonra məsuliyyət hiss edərək istefa ərizəsi təqdim edib. Zərbə nəticəsində 12 ukraynalı hərbçi həyatını itirib.
Musavat.com
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ