İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Haaqada: "Mən burada başqa bir Vladimir görmək istərdim"

Ukrayna prezidenti Vladimir Zelenski Hollandiyada səfərdə olarkən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Zelenski Haaqada “Ədalət olmadan sülh yoxdur” başlığı ilə nitq söyləyib. “Biz hamımız Haqqada başqa bir Vladimir görmək istərdik”, deyə Ukrayna lideri zarafatından geri qalmayıb.

Onun sözlərinə görə, Rusiya prezidenti “cinayət əməllərinə” görə məhkum olunmağa layiqdir: “Əminəm ki, biz qalib gələn kimi bunu görəcəyik və biz qalib gələcəyik”,-deyə Zelenski söyləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR