İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ərdoğanla danışdı: Putin və Trampın iştirakı edəcəyi dördtərəfli görüş müzakirə OLUNDU

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı və məzmunlu telefon danışığı keçirdiyini bildirib.

O, Ərdoğana və Türkiyəyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdikləri prinsipial dəstəyə görə təşəkkürünü çatdırıb.

Zelenski İstanbulda baş tutan ilk görüşü və əsirlərin mübadiləsinin onun əsas nailiyyəti olduğunu qeyd edib, lakin bu nəticənin təəssüf ki, yeganə olduğunu vurğulayıb.

Prezident atəşkəsin vacibliyini və insan ölümlərinin dayandırılmasının zəruriliyini qeyd edib.

Həmçinin, növbəti İstanbul görüşünün mümkünlüyü və Ukraynanın bu görüşdə hansı şərtlərlə iştirak edə biləcəyi müzakirə olunub. Zelenski bildirib ki, bu görüş boş və nəticəsiz olmamalıdır.

Dördtərəfli — Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderlərinin görüşünün təşkili imkanı da müzakirə mövzusu olub.

Bundan əlavə, Türkiyənin “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində iştirakı məsələsi də danışılıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR