İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski daha bir azərbaycanlı hərbçini TƏLTİF ETDİ

Ukraynada daha bir soydaşımız prezident Zelenski tərəfindən təltif olunub.

Musavat.com xəbər verir ki, silahlı qüvvələrin polkovniki Əhmədov Bəxtiyar Fəxrəddin oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb.

"Yeni Müsavat"ın Ukrayna təmsilçisi Anar Natiqoğlunun verdiyi məlumata görə, polkovnik əslən Goranboy rayonunun Şadlı kəndindəndir. Orta məktəbi vətəndə bitirdikdən sonra Ukraynada ali hərbi məktəbə daxil olub və bitirdikdən sonra həyatına Ukraynada davam edib.

“Vaxtaşırı vətəndə olan qardaş, bacı doğmalarla əlaqə saxlayır. Tanıyanlar onun tarixi vətəni Azərbaycanı çox sevdiyini, eləcə də vətəndaşı olduğu Ukraynaya sadiq, peşəkar hərbçi olduğunu bildirir. Qeyd edək ki, soydaşımız 2014-cu ildən döyüş bölgəsində fəaliyyət göstərir. Yaşasın Azərbaycan Ukrayna dostluğu!“ - Anar Natiqoğlu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR