İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Dudaya söz verib: ABŞ həmişə Polşanı qoruyacaq

ABŞ prezidenti Co Bayden Polşa lideri Anjey Dudaya söz verib ki, Birləşmiş Ştatlar hər zaman Polşanın müdafiəsində olacaq.

Musavat.com xəbər verir ki, bu barədə amerikalı jurnalist Boba Vudvordun çərşənbə axşamı çıxan "Müharibə" kitabında deyilir.

Publisist apreldə Polşanın Nyu-Yorkdakı konsulluğunda Dudayla keçirdiyi söhbətdən bəhs edib. Ukraynadakı münaqişəni müzakirə edən Polşa prezidenti kitabın müəllifinə deyib ki, “Bayden ABŞ-nin ölkəsi qarşısında götürdüyü öhdəliklərə yüz faiz etibar edir”. Nümunə olaraq, Duda 2022-ci ilin fevralında, Rusiyanın Ukraynada müharibəyə başlamazdan əvvəl, ABŞ-nin Polşaya 1,7 min nəfər, elit hissələrin hərbi qulluqçularını köçürdüyünü göstərib.

"Biz həmişə Polşanı qoruyacağıq", - Bayden telefon danışığı zamanı Polşa prezidentini əmin edib. Duda Vudvorda bu vədin "emosional baxımdan son dərəcə vacib olduğunu" söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR