Onlayn ictimai-siyasi qəzet
OPEC+ ölkələri sentyabrda 34,43 milyon barel neft hasil edib ki, bu da nəzərdə tutulan ümumi kvotadan – 33,7 milyon bareldən xeyli çoxdur.
Musavat.com Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinə istinadən xəbər verir ki, beləliklə də baxmayaraq ki, razılaşma iştirakçıları hasilatı aylıq ifadədə 130 min barel azaldıblar, onlar ümumi kvotanı 720 min barel aşıblar.
Razılaşmada iştirak edən OPEC ölkələrinin hasilatı sentyabrda sutkada 21,81 milyon barel təşkil edib ki, bu da plandan 680 min barel çoxdur. Ötən ay OPEC-ə daxil olmayan ölkələr icazə verilən səviyyədən cəmi 40 min barel çox - 14,2 milyon barel istehsal ediblər.
Müəyyən edilmiş kvotaların ən böyük artıqlığı hələ də İraqda qeydə alınıb – sutkada 360 min barel, həmçinin BƏƏ-də – 350 min barel. Əvvəlki aylarda kvotadan artıq əhəmiyyətli miqdarda neft hasil edən Qazaxıstanda artıq hasilat sutkada 100 min barel təşkil edib. Rusiya, BEA-nın məlumatına görə, icazə verilən həddi sutkada 140 min barel ötüb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ