İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şayiələrə inanmayın, top kimiyəm”

Xalq artisti Ağadadaş Ağayev yeni paylaşımı ilə diqqət çəkib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, müğənni aparıcı Hacı Nuran Hüseynovla videosunu yayımlayıb. 

Ağayev səhhətində problem olması və dünyasını dəyişməsi haqda söz-söhbətlərə son qoyub:

"Nə ölməyə, nə də xəstələnməyə hazırlaşıram. O imtahanları keçmişəm. Xəstələnmək fikrim yoxdur. Şayiələrə inanmayın, top kimiyəm".

Qeyd edək ki, Ağadadaş Ağayevin bir müddət əvvəl klinikalardan birinin mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "Medera Hospital"ın mühafizəçinizinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. A.Ağayev balta ilə insident törətdiyi "Medera Hospital"ı məhkəməyə verib.

İfaçı uzun illərdir xərçəngdən əziyyət çəkir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR