İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Kursk və Toretsk OD-ALOV içində: İki cəbhədə Q*IRĞIN gedir - CANLI

Rusiya ordusu Ukraynanın şərqində hücum əməliyyatlarını davam etdirir. Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb. Rusiya qoşunları Donetsk vilayətinin Toretsk şəhərinə doğru irəliləyir.

Ukraynalı müşahidəçilərə görə, ruslar şəhərə doğru bir neçə yaşayış məntəqəsi yaxınlığında əraziləri ələ keçirib. “Düşmən Nevski, Vodyanı, Zolota Niva, Priyutnı və Toretsk yaxınlığında irəliləyib”, - məlumatda deyilir.

Rusiya ordusu Kursk vilayətində əks-hücum əməliyyatını davam etdirir və Ukraynanın nəzarəti altında olan əraziləri geri qaytarmağa çalışır. ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) rus ordusunun son 24 saat ərzində Kursk vilayətindəki əsas Ukrayna platsdarmının ərazisində irəlilədiyini qeyd edib.

Xüsusilə, rusların Sudja şəhərinin təxminən yeddi kilometrliyinə qədər irəlilədiyi bildirilir. Kremlin təbliğatçıları iddia edirdilər ki, rus ordusu Tolstıy Luq (Korenevonun cənub-şərqi) və Çerkassı Konopelkanı (Sudjanın cənub-şərqi) geri alıblar.

Rusiya tərəfi həmçinin bəyan edib ki, ordu Korenevonun cənub-şərqində Novoivanovka ərazisində və Sudjanın cənub-şərqində Borki və Plexovo bölgələrindəki əraziləri geri alıb. Lakin ISW analitikləri Rusiyanın bu iddialarının heç bir sübutunu görmür.

Bundan əlavə, ruslar oktyabrın 14-də Novıy Put kəndini (Qluşkovun cənub-qərbində) ələ keçirdiklərini və Ukrayna qoşunlarını Vesyolının cənubundan sıxışdırdıqlarını iddia edirlər. ISW bu iddiaları da təsdiqləyən dəlil tapmayıb.

Yağışlı hava şəraitində Rusiya Ordusunun tırtıllı hərbi maşınları Ukraynanın təkərli maşınları ilə müqayisədə üstünlüyə malikdir. Bu da hərbi əməliyytaların gedişinə təsir edir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı Azad Vətən Partiyasının sədri Akif Nağıdır.

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR