İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR

"Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez son vaxtlar media səhnəsində dominantlıq edir.

O, son günlər tez-tez gündəmə gəlir. "I Am Georgina" serialının 3-cü sezonu bu yaxınlarda "Netflix"də yayımlanıb. Model həm də sahibi olduğu "Laverne" ətirinin tükənməsi və İspaniyanın Asturias şəhərində aldığı ev ilə öyünür.

Kriştiano Ronaldonun nişanlısının aktivləri 19,8 milyon dollar olaraq qiymətləndirilir. İnfluenser “I Am Georgina”nın ilk sezonu üçün 10 milyon dollar alıb və ikinci və üçüncü sezonların "Netflix"ə daha da baha başa gələcəyi bildirilir.

Gördüyümüz kimi, Madriddəki "Gucci" mağazasının sadə satıcısının sərvəti artır. O, artıq müstəqil fiqurdur. Corcinanın karyerası çox sürətlə inkişaf edir və onun portfelinə artıq "Alo", "Vetements", "Chopard", "L'Oreal", JPG, "Guess" və "Charlotte Tilbury" ilə əməkdaşlıqlar daxildir.

Corcina artıq "Voque" və "Forbes" kimi jurnalların üz qabığında da yer alıb. Deyəsən, Ronaldonun sevgilisinin yüksəlişini daha dayandırmaq mümkün deyil. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR