İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Çinə YAŞIL İŞIQ yandırdı

Ukrayna prezidenti Vladimir Zelenski Pekinin Ukraynada müharibəyə son qoymaq barədə çağırışından sonra Çin prezidenti Si Cinpinlə görüşmək istədiyini bildirib.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin birinci ildönümü çərçivəsində jurnalistlərin suallarını cavablandırıb.

Zelenski Çinin Xarici İşlər Nazirliyinin Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı dərc etdiyi 12 bəndlik sənədə toxunub:

“Mənə elə gəlir ki, bu, sülh planı, həll yolu və ya Çinin bəyannaməsi deyildi. İnanıram ki, Çin sadəcə öz düşüncəsini nümayiş etdirir. Çinin Ukrayna haqqında danışmağa başlaması çox yaxşıdır”.

230224155305-02-zelensky-address.jpg (350 KB)

Ukrayna lideri Çinin bəzi fikirləri ilə razılaşmadığını bildirib:

“Beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyü və müəyyən təhlükəsizlik məsələlərinin söz mövzusu olduğu bu mövqelərdə Çinlə işləmək lazımdır. Bizim vəzifəmiz bəzilərini təcrid etmək üçün hamını bir araya gətirməkdir".

Zelesnki Çinin ədalətli sülhün, yəni Ukraynanın tərəfində olacağına ümid etdiyini ifadə edib:

“Bu, mənim üçün vacibdir. Mən, həqiqətən, Çinin Rusiyaya silah verməyəcəyinə inanmaq istəyirəm. Bu, ən vacib məqamdır və mən bunun qarşısını almaq üçün hər şeyi edirəm".

Ukrayna lideri Çin prezidenti Si Cinpinqlə görüşmək istədiyini də vurğulayıb:

63f9c3b04e3fe0208ccb6e6b.jpg (122 KB)

“Bunun ölkələrimizə və dünya təhlükəsizliyinə fayda verəcəyinə inanıram. Çinlə böyük ticarətimiz var. Bu, təkcə müharibə deyil. Məsələ ondadır ki, biz iqtisadi əlaqələri saxlamaqda maraqlı olan ölkələrik. Bildiyimə görə, Çin tarixən öz ərazi bütövlüyünə hörmət edib, bu isə o deməkdir ki, Rusiyanı torpaqlarımızdan çıxarmaq üçün hər şeyi etməlidir. Çünki suverenliyə və ərazi bütövlüyünə hörmət məhz bundan ibarətdir”.

Zelenski Ukrayna ordusunun bütün bölgələri azad etmək istədiyini bildirib:

“Mən, həqiqətən, müharibənin bitməsini istəyirəm. Çünki biz sülhü çox istəyirik. Hərbi addımlar atılacaq, biz onlara hazırlaşırıq. Biz mənəvi və texniki cəhətdən buna hazırıq. Biz silahlarla, briqadalar formalaşdırmaqla hücuma hazırlaşırıq. Əgər bütün ukraynalılar və tərəfdaşlarımız güclü və vahid olsalar, qələbə Ukraynaya məxsus olacaq. Mən əminəm ki, qələbə qazanacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR