İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan oğurlanan brilyantlar Ermənistana aparılıb

Moskvada brilyant oğurlamaqda və qeyri-qanuni olaraq xaricə daşımaqda şübhəli bilinən qrup saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsi ALROSA-dan almaz oğurluğu və qaçaqmalçılıq işi üzrə 4 nəfərin saxlanıldığını bildirib. Onların arasında şirkətin əməkdaşı Valentina Matyuşenkova, onun oğlu Aleksey, həmçinin istintaqın qaçaqmalçı hesab etdiyi Armen Petrosyan və Arman Saakyan da var.

İstintaq Komitəsinin məlumatına görə, onlar 2024-cü ilin sentyabrından 2025-ci ilin yanvarınadək oğurlanmış qiymətli daşları Ermənistana keçiriblər. Onlar dəyəri 1,7 milyon rubldan çox olan brilyantların növbəti partiyasını oğurlamağa cəhd edərkən saxlanılıblar.

Axtarışlar zamanı saxlanılanların üzərindən təxminən 200 min karatlıq sənaye almazları, məşhur brendlərin zinət əşyaları, külli miqdarda pul və sənədlər aşkar edilib. İstintaq Komitəsi bütün bunların qanunsuz yolla əldə edildiyinə aydınlıq gətirib.

İş külli miqdarda oğurluq və qiymətli daşların qaçaqmalçılığı maddələri ilə araşdırılır. İstintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR