Onlayn ictimai-siyasi qəzet
İranın müttəfiq qruplarının könüllüləri ABŞ-nin İraq və Suriyadakı hərbi obyektlərinə cavab hücumları hazırlayır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İraq hakimiyyəti bu silahlı qrupları bu niyyətlərindən çəkindirməyə çalışır.
Bu məlumatı “New York Times” ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən yayıb.
NYT qeyd edir ki, amerikalı nümayəndə bazar günü bildirib ki, hələlik qruplar aktiv hərəkətlərdən çəkinirlər və İraq rəhbərliyi silahlıları öz planlarından əl çəkməyə inandırmaq üçün hər cür səy göstərir.
Qeyd edək ki, Yəməndə də “Ənsarallah” silahlı birləşməsi eyni motivlə ABŞ və İsrailə məxsus obyektlərə hücum edəcəklərini bəyan edib.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ