İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Suriyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR