Onlayn ictimai-siyasi qəzet
İranın mərkəzi Lorestan əyalətində son günlərdə casusluq və rejim əleyhinə fəaliyyət ittihamları ilə 10 nəfər həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə əyalətin dövlət və inqilabçı prokuroru rəsmi açıqlama verib.
Prokurorun sözlərinə görə, saxlanılan şəxslərə qarşı aşağıdakı ittihamlar irəli sürülüb:
• casusluq fəaliyyəti aparmaq,
• rejim əleyhinə təbliğat yaymaq,
• cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaq məqsədilə ictimai rəyi çaşdırmaq.
Qeyd olunur ki, xüsusi təyinatlı qüvvələr tərəfindən məhkəmə qərarı ilə bu şəxslərin kimlikləri müəyyən edilib və onlar hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar.
Prokuror əlavə edib ki, ictimai asayişi və psixoloji sabitliyi pozanlara qarşı mübarizə bu orqanın gündəmindədir və bu tip cinayətlərə qarşı qanun çərçivəsində qətiyyətli və güzəştsiz tədbirlər görüləcək.
Bundan əlavə, son günlərdə Luristan əyalətində həm real həyatda, həm də kiberməkanda ictimai təhlükəsizliyi pozmaqda ittiham olunan daha 18 nəfər də saxlanılıb.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ