Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, görüş zamanı gündəmdə əsasən İran ətrafında artan gərginlik və son hərbi zərbələr olub.
Putin İrana qarşı həyata keçirilən hücumları sərt şəkildə pisləyərək, onları “əsassız aqressiya” adlandırıb. O, bildirib ki, bu hücumların heç bir beynəlxalq hüquqi əsasla izahı yoxdur.
“Rusiya İran xalqına dəstək göstərmək üçün bütün səylərini səfərbər edir,” – deyə Rusiya lideri vurğulayıb.
Putin İran Xarici İşlər Nazirliyinin rəhbərindən ölkə rəhbərliyinə ən xoş arzularını çatdırmağı xahiş edib.
“Mən çox şadam ki, siz bu gün Moskvadasınız. Bu, bizə bu aktual məsələləri müzakirə etmək və bugünkü vəziyyətdən necə çıxmaq barədə birlikdə düşünmək imkanı verəcək”, - Rusiya Prezidenti vurğulayıb.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ