İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran Hörmüz boğazını bağlaya bilməz, çünki..." - VACİB DETALLAR

"Hörmüz boğazı məsələsi reallıqdan daha çox şişirdilir. İran parlamenti boğazın bağlanılması ilə bağlı qərar qəbul etsə də, özləri də bilir ki, İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Oranı bağlamaq olar, amma bağlı saxlamaq mümkün olmaz".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

ELDANİZ YENİ.jpeg (150 KB)

İqtisadçının fikrincə, boğazı bağlı saxlamaq İranın qaldıra biləcəyi yük deyil:

"Hazırkı vəziyyətdə İran rəhbərliyinin səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyanı sakitləşdirməyə yönəlib. Sanki məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorikadır. Reallıq isə odur ki, ABŞ və İsrail artıq əsas məqsədinə çatıb.

Sadəcə əsas zəlzələdən sonra müəyyən "avterşoklar" olan kimi burada da müəyyən raket atışları və gərginliklərin dalğa təsirləri ola bilər. Amma qlobal ölçüdə iqtisadi təsirlərin ən güclüsü artıq baş verib. Bundan sonra qorxulacaq nəsə yoxdur. Hətta neft qiymətləri bu dönəmdə öz maksimumlarını yaşayır".

İqtisadçı qeyd edib ki, bir müddət sonra yenidən neft qiymətlərində enişlər olacaq.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR