İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada metamfetamin alverçisi tutulub - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Yusif Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR