Onlayn ictimai-siyasi qəzet
Bu gün mərhum millət vəkili Qənirə Paşayevanın anım tədbiri keçiriləcək.
Musavat.com bildirir ki, bununla bağlı 25 sentyabrda (bu gün) Azərbaycan Milli Xalça Muzeyində “Qənirə Paşayeva-İthaf” adlı bədii sərginin açılış mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Qənirə Paşayevanın xatirəsinə həsr olunan tədbir Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Rəssamlar İttifaqının təşkilatçılığı baş tutacaq.
Xatırladaq ki, Qənirə Paşayeva 2023-cü il 28 sentyabrda uzun sürən xəstəlikdən sonra 48 yaşında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ