Onlayn ictimai-siyasi qəzet
“Amerika Birləşmiş Ştatlarının administrasiyası hesab edir ki, Pekin öz nüvə silahlarını inkişaf etdirir”.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Nüvə silahları ilə bağlı vəziyyətə gəlincə, Çinlə Strateji Hücum Silahlarının azaldılması Müqaviləsinə bənzər heç bir razılaşma yoxdur. Hamımız bilirik ki, Çin bu xüsusi silah növlərinin inkişafını maliyyələşdirməyə davam edir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden nüvə sahəsində bu ən mühüm ikitərəfli münasibətləri idarə etməyə çalışır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ