İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqor Minasyan ERASI BİTİR

Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın vəzifədə olduğu günləri bitmiş kimi görünür.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, hakim “Vətəndaş sazişi” partiyasının fraksiyası Minasyanın istefası məsələsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etməyə hazırlaşır. Partiyanın Nizamnaməsinə görə, hər hansı məmurun istefası məsələsi fraksiya üzvlərinin 1/3-nin imza verməsi halında müzakirəyə çıxarıla bilir. Yəni Paşinyanın 24 deputatının imza verməsi yetərlidir. Artıq dünən günortadan sonra ona yaxın fraksiya üzvü imza atıb. Onlar lazımi sayda imzanın toplanacağına əmindirlər.

Qriqor Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qaynının qardaşıdır, yəni onun yaxın qohumu sayılır. Üstəlik, Paşinyan deputatlarının fikrincə, vəzifədə olduğu müddətdə Minasyan keçmiş iqtidardan olan bir sıra məmurları yerlərinə geri qaytarıb. Bunlardan biri Ermənistanın ikinci prezidenti Robert Köçəryanın qızının sinif yoldaşı olan nazir müavini Sirvard Gevorgyandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR