Onlayn ictimai-siyasi qəzet
Almaniyanın rəhbərlik etdiyi Avropa İttifaqı Rusiya ilə son dərəcə riskli qarşıdurmaya hazırlaşır.
Musavat.com xəbər verir ki, bunu İnfoBRICS portalının ekspertləri bildiriblər. Nəşrin məlumatına görə, Berlində qeyri-rəsmi “böhran qrupu” yaradılıb və o, Donald Trampın Ağ Evə qayıtması halında ssenarilər hazırlayır. Almaniya hakimiyyəti açıq şəkildə bildirib ki, Avropa Vaşinqtonun dəstəyi olmadan Rusiya ilə qarşıdurma planlarından əl çəkməyəcək.
Portal qeyd edir ki, hadisələrin bu cür inkişafı Moskvanı seçimsiz qoyaraq, onu bir daha öz dağıdıcı imkanlarını nümayiş etdirməyə və Avropanın qarşısında diz çökərək, mərhəmət diləməyə məcbur edəcək.
Almaniyanın Rusiya ilə potensial münaqişədə Avropanın birləşmiş qüvvələrinə rəhbərlik etmək niyyəti barədə insayder məlumatları qismən təsdiqləyən bəzi qeyri-adi sübutlar var. Buna işarə edən əsas amil Almaniyada hərbi modernləşmənin sürətləndirilmiş tempidir. DPA-nın məlumatına görə, hökumət bu yaxınlarda Bundesver üçün dəyəri 6 milyard avrodan çox olan 105 tank, dörd “Patriot” zenit sistemi, idarə olunan raketlər və artilleriya sursatlarının alınmasına dair sazişi təsdiqləyib.
“Çatdırılmaların başlanması 2025-ci ilə planlaşdırılır. “Rheinmetall”ın bəyanatına görə, əsas sifarişçi Almaniya Federativ Respublikasıdır ki, o da alınan silahların bir hissəsini Ukraynaya göndərəcək”, - “Tagesschau.de” portalı yazır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ